PSJ klubu "Real"ın futbolçusu Eduardo Kamavinqanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi fransalı yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Kamavinqa 2021-ci ilin yayından "Real"da çıxış edir. O, cari mövsüm 34 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.