PSJ daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Paris klubu Yoram Zaq ilə yeni kontrakt imzalayıb.

18 yaşlı oyunçu yeni müqaviləyə əsasən 2028-ci ilə qədər Fransa nəhənginin formasını geyinəcək.

Qeyd edək ki, gənc müdafiəçi 2024/25 mövsümündə PSJ ilə 7 oyuna çıxıb və 1 qola da imza atıb.