PSJ klubu futbolçusu Leo Messini cəzalandırmaq qərarına gəlib. 

Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, buna argentinalı ulduzun Paris təmsilçisindən icazəsiz Səudiyyə Ərəbistanına səfər etməsi səbəb olub. Cəza artıq qüvvədədir və 2 həftə davam edəcək. 

35 yaşlı hücumçu növbəti 2 həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq. Leo Messinin tərəfi klubun rəsmi açıqlama yaymasını və vəziyyətə aydınlıq gətirməsini istəyir. 

PSJ Messi ilə yeni müqavilə ilə danışıqları da dayandırıb. Klub onunla müqaviləni yeniləməyəcək, eyni zamanda Leo da PSJ-də qalmaq istəmir. Futbolçuya "Əl-Hilal", "İnter Mayami" və "Barselona" klublarından təkliflər var.