Bir neçə gün öncə Neymar Lionel Messi ilə yenidən birlikdə oynamaq istədiyini dilə gətirmişdi. Bu sözlərin nəticəsində isə PSJ-nin Messini heyətinə qatacağı ilə bağlı söz-söhbətlər yayıldı.

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduzun söylədiklərinə "Paris Sen-Jermen"in baş məşqçisi Tomas Tuheldən açıqlama gəlib. Belə ki, Neymardan fərqli olaraq, PSJ rəhbərliyi Messini komandaya gətirməyi düşünmür:

"Neymarın argentinalı jurnalistə bunu deməsi normaldır. Kimsə bizim futbolçular haqqında danışsa, biz məmnun olmarıq. Buna görə də başqalarının futbolçularına gözümüzün ucuyla da baxmırıq. İndi transfer dönəmi barədə düşünmək üçün uyğun vaxt deyil".