Bu gün Qətər Qran-Prisi üzrə sprint yarışı baş tutub. 

Offsideplus.az xəbər verir ki, 19 dövrəlik yarışa birinci yerdən start verən "Maklaren" pilotu Oskar Piastri finişə ilk çatan pilot olub. İkinci yerdə "Mersedes"dən Corc Rassel, üçüncü yerdə isə digər "Maklaren" pilotu Lando Norris tutub.

Çempionluq uğrunda mübarizə aparan "Red Bull"dan Maks Ferstappen isə dördüncü olub. 

Sprintdən sonra Piastri komanda yoldaşı ilə xal fərqini 22-yə endirib. Hazırda sürücülərin cədvəlində Norris 396 xalla birinci, Oskar 374 xalla ikinci, Maks isə 371 xalla üçüncüdür.

Qeyd edək ki, bu gün saat 22:00-da əsas yarış üçün sıralama turu baş tutacaq.