Niderland Qran-prisində "Racing Bullz"un heyətində mübarizə aparan "Red Bull"un ehtiyat pilotu Yuki Tsunoda yarışda 11-ci yeri tutması haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, yaponiyalı pilot yarış barədə bunları söyləyib:
"Düzünü desəm, gözlədiyimdən daha tez irəliləyiş əldə etdiyimi hiss edirəm. Keçənilki Əbu-Dabi mərhələsindən sonra keçən səkkiz ay ərzində cəmi dörd dəfə sükan arxasına keçmişdim – bunu nəzərə alsaq, kifayət qədər yaxşı çıxış etdim.
'Red Bull'a təşəkkür edirəm. Simulyatordakı işlər və digər məşqlər sayəsində formada qalmağıma kömək etdilər. Bu həftəsonundan həzz aldım. Düşünürəm ki, var gücümlə çalışdım və öhdəsindən yaxşı gəldim.
Mənə elə gəlir ki, əla nəticə göstərdim, yaxşı tempim var idi. Beləliklə, bu, menecerim və növbəti mövsüm üçün heyətini hələ dəqiqləşdirməyən, mənimlə işləmək istəyib-istəmədiklərinə karar verməyən digər komandalar üçün bir siqnaldır. Düşünüb mənə zəng etsinlər".


