Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final qarşılaşmasına çıxıb.

Offsideplus.az xəbər verir ki, o, qızıl medal uğrunda görüşdə Ukrayna təmsilçisi Tatyana Rıjko ilə üz-üzə gəlib və 0:4 hesabı ilə uduzub. Beləliklə, Manolova turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.