"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlı fikirlər səsləndirərək idman ictimaiyyətinin diqqətini üzərinə çəkib.

Offsideplus.az xəbər verir ki, ada təmsilçisinin mətbuat xidməti bu haqda məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Mən hiss edirəm ki, biz bu mövsüm çox yaxşı nəticələr əldə edəcəyik. Mən təslim olmuram və uğur qazanacağımızı hiss edirəm. Düşünürəm ki, məğlub olanda səbr gərəkdir. Mən istəyirəm ki, futbolçular üzərlərinə düşəni icra etməyə davam etsinlər. Görün, biz haradan gəlmişik. Əldə etdiyimiz uğuru müdafiə etmək çox çətindir, ona görə də mən sakitəm".