"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in futbolçusu Kristiano Ronaldo ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Kristiano İstanbula yemək yeməyə gələ bilər, çünki şəhər Səudiyyə Ərəbistanı ilə Portuqaliyanın yarım mənzilliyindədir. Ronaldo köhnə dostu Joze Mourinyonu ziyarət etmək məqsədilə şəxsi təyyarəsinə də minə bilər. Onda biz mənim otelimdə yemək yeyə bilərik.

Onun "Fənərbağça"da oynayacağını deyənlərə gəlincə, onlar ya yazdıqlarını anlamırlar, ya da yaydıqları gülünc xəbərlərdən məmnundurlar".

Qeyd edək ki, hər iki şəxs "Real"da bərabər çalışıblar.