"Fluminense"nin futbolçusu Con Arias karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Mənbəyə görə, kolumbiyalı vinger "Qalatasaray"ın diqqət mərkəzindədir. 27 yaşlı futbolçu üçün İstanbul klubu razılıq əldə edib. Oyunçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir. 

O, eyni zamanda Davinson Sançesin yaxın dostudur.