"Mançester Yunayted"in futbolçusu Markus Raşfrod karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Transfer News Live" yayıb. 

Mənbəyə görə, ingiltərəli hücumçu PSJ-nin diqqət mərkəzindədir. Parislilər yanvarda transferi yekunlaşdırmaq istəyirlər. Fransa təmsilçisinin baş məşqçisi Luis Enrike komandanın hücum qabiliyyətindən narazı olduğundan təcrübəli forvardı öz klubunda görmək istəyir.

Qeyd edək ki, bu transfer yayda baş tutmağa yaxın olsa da, son anda qeyri-mümkün olmuşdur.