Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpik" (Lion) matçının təyinatları müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan və Fransa klubları arasında Bakıda keçiriləcək bu qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək. Ona yan xətt hakimləri Nikola Boroviç və Başko Bozoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək. VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.
"Qarabağ" - "Olimpik" (Lion) matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək. Oyuna saat 21:45-də start götürəcək.