FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
E.Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.