Məşhur futbol hakimi Cüneyt Çakır Bakıya səfər edəcək.

Offsideplus.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok matçına təyinat alıb.

O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Olimpik Lion” komandasına qarşı keçirəcəyi 5-ci tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. 

Xatırladaq ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.