Azərbaycan komandası Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr edilən beynəlxalq turnirdə daha bir medala layiq görülüb.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Yığmamızın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan təmsilçimiz 3-cü yeri tutub.

Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) da bürünc medal qazanmışdı.