Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunan “Çempionlar” turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, son yarış günündə Azərbaycan milli komandasının 63, 82 və 130 kq çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Birinci və ikinci gündə olduğu kimi, bağlanış günündə də 1 gümüş və 1 bürünc medal qazanılıb. Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.
Beləliklə, yığmamız ənənəvi turniri 6 (3 gümüş, 3 bürünc) medalla başa vurub.
Bundan öncə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.
Xatırladaq ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.