Boks üzrə ağır çəkidə ikiqat dünya çempionu Corc Forman dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, əfsanəvi idmançı 76 yaşında vəfat edib.
ABŞ-ın Texas ştatında doğulan Forman peşəkar boksçu karyerasında 81 döyüş keçirib, bunlardan 76-da qalib gəlib (68 nokaut), 5 dəfə uduzub.
Onun ən məşhur döyüşü 1974-cü il oktyabrın 30-da digər əfsanə Məhəmməd Əliyə qarşı olub. XX əsrin döyüşü adlanan bu görüşdə həmin vaxt dünya çempionu titulunu daşıyan Forman məğlubiyyətlə üzləşib. Bu, onun peşəkar rinqdə ilk məğlubiyyəti olub.
Corc Forman müvəqqəti ayılıqdan sonra 1987-ci ildə sevimli peşəsinə qayıdıb. O, 1994-cü ildə, 45 yaşında ikən yenidən ağır çəkidə kəmər qazanaraq, ən yaşlı çempion kimi tarixə düşüb.