Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə növbəti dəfə rinqə çıxacaq.
Offsideplus.az xəbər verir ki, o, 5 apreldə "Glory" gecəsində ağır çəkidə hollandiyalı Brayn Doyvis ilə qarşılaşacaq.
Son döyüşlərində inamlı çıxışı ilə diqqət çəkən Rəcəbzadə bu dəfə də qalibiyyətə köklənib. Onun rəqibi Doyvis isə təcrübəli döyüşçülərdən biridir və bu qarşılaşma hər iki idmançı üçün ciddi sınaq olacaq.
Qeyd edək ki, Bəhram Rəcəbzadə peşəkar karyerasında 70 qələbə (62 nokaut) və 4 məğlubiyyət əldə edib.