Azərbaycanlı döyüşçü Rafael Fiziyevin UFC 313 yarışında növbəti rəqibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, həmvətənimiz ABŞ təmsilçisi Castin Qeyci ilə qarşılaşacaq.
Döyüş martın 9-da Bakı vaxtı ilə səhər saatlarında ABŞ-ın Las-Veqas şəhərində "T-Mobile Arena"da keçiriləcək.
Qeyd edək ki, bu idmançılar artıq bir dəfə üz-üzə gəliblər. 2023-cü ilin martında UFC286 yarışı çərçivəsində baş tutan döyüşdə Qeyci hakimlərin qərarı ilə qalib gəlib.
Əslində, Rafael Fiziyev martda oktaqona çıxmağı planlaşdırmırdı. Lakin dünən Den Xuker zədə səbəbindən Castin Qeyci ilə döyüşdən imtina etdiyinə görə, təşkilatçılar həmyerlimizə qüvvəsini sınamaq şansı veriblər.
Fiziyev indiyədək keçirdiyi döyüşlərin 12-də qələbə qazanıb, 3 dəfə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, bu döyüş üçün Fiziyevin 4 potensial rəqibi var idi.