Yeni Zelandiyalı döyüşçü Dən Huker qarşıdakı həftə UFC 313 turniri çərçivəsində Castin Qeyci ilə döyüşməli idi.
Offsideplus.az xəbər verir ki, Huker əlindəki sınıq səbəbindən döyüşdən kənar qalıb və qarşılaşma ləğv edilib.
Hazırda “Highlight” ləqəbli Castin Qeycinin yeni rəqibinin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi və ya onun turnirdən çıxıb-çıxmayacağı məlum deyil.
Qeyd edək ki, bu döyüş UFC 313 turnirinin ikinci ən önəmli qarşılaşması kimi nəzərdə tutulmuşdu. Turnirin əsas hadisəsi isə 8 martda baş tutacaq və yarım ağır çəkidə titul uğrunda Aleks Pereyra ilə Maqomed Ankalaev üz-üzə gələcək.
Dən Huker son üç döyüşündə ardıcıl qələbə qazanmışdı. O, Klaudio Puellesi nokaut edib, Ceylin Törner və Mateuş Qamrota qarşı görüşlərdən isə hakimlərin bölünmüş qərarı ilə qalib ayrılmışdı. Castin Qeyci isə son döyüşünü 2023-cü ilin aprelində keçirib və Maks Holloveyə ağır nokautla məğlub olub. O, bu məğlubiyyətdən sonra ilk dəfə oktaqona qayıtmağa hazırlaşırdı.