UFC çempionu İlia Topuria yalnız yüngül çəkidə çempion İslam Maxaçevlə döyüşmək istədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, UFC rəhbərliyi Topuriyaya Arman Tsarukyan ilə qarşılaşma təklif etsə də, o, bu təklifi rədd edib. Döyüşçü yalnız Maxaçevlə rinqə çıxacağını bildirib:
“Yalnız İslam Maxaçev, nə Tsarukyan, nə Oliveyra.”
İlia Topuria kimdir?
İlia Topuria UFC-nin lələk çəkidə çempionudur. 27 yaşlı döyüşçü gürcü əsillidir, lakin İspaniya bayrağı altında mübarizə aparır. Peşəkar MMA karyerasında məğlubiyyətsiz olan Topuria, son döyüşündə Aleks Volkanovskini məğlub edərək UFC çempionu olub.
Onun Maxaçevlə döyüş istəyi iki çəki dərəcəsində çempion olmaq arzusundan irəli gəlir. UFC rəhbərliyinin bu qarşılaşmaya necə reaksiya verəcəyi isə hələlik bəlli deyil.