Jessica Andrade və Jasmin Yasudaviçius UFC 315-də qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, 10 may tarixində Monrealdə keçiriləcək turnirdə Jessica Andrade ilə Jasmin Yasudaviçius arasında yüngül çəkidə qarşılaşma baş tutacaq. Təşkilat rəsmi sosial media hesablarında bu döyüşü elan edib.
33 yaşlı braziliyalı döyüşçü Jessica Andrade ötən ilin sentyabr ayında Natali Silva ilə döyüşdə məğlub olmuşdu. Ondan əvvəl isə keçmiş UFC çempionu ardıcıl iki qələbə qazanaraq Mackenzie Dern-i texniki nokautla, Marina Rodrigesi isə hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.
35 yaşlı kanadalı Jasmin Yasudaviçius isə dörd döyüşlük qalibiyyət seriyasındadır. Son döyüşündə o, Mayra Bueno Silvanı hakimlərin yekdil qərarı ilə məğlub edib.
Hazırda Jessica Andrade UFC-nin qadınlar arasında yüngül çəki divizionunda 7-ci, Jasmin Yasudaviçius isə 9-cu pillədə qərarlaşıb.