Fevralın 22-də Azərbaycanın MMA üzrə ilk peşəkar liqası olan ASED FIGHTING CHAMPIONSHIP-in təşkilatçılığı ilə ASED15 turniri keçiriləcək.
Offsideplus.az saytına bu barədə ASED FIGHTING CHAMPIONSHIP-in təsisçisi Turan Qulamzadə məlumat verib.
"Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq yarışda 15 döyüş baş tutacaq. Turnir bu ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr ediləcək beynəlxalq yarışa seçmə xarakteri daşıyır.
Azarkeşlər bu döyüşləri izləmək imkanı qazanacaqlar: 
1. 60.0 kq: Xanım Bəşirova – Zeynəb Hüseynli 
2. 54.5 kq: Əhmədağa İbrahimov - Əhməd Abbasov 
3. 68.0 kq: Elvin Kamilli - Ayxan Tağıyev 
4. 77.6 kq: Əlikərim Abdürrəhmanlı – Əli Sərxanlı
5. 62.0 kq: Əziz Əzizi - Atamalı Xankişiyev
6. 58.5 kq: Tural Feyzullayev  – Mehrab Məmmədzadə
7. 64.0 kq: Sexavət Rzayev - Hüseyn Əhmedov 
8. 64.0 kq: Tehran Ümidxanov - Vüqar Feyzullayev 
9. 68.0 kq: Yusif Əliyev – Teymur Əəkbərov 
10. 70.0 kq: Arzu Kərimov – Amil Mustafayev 
11. 58.5 kq: Ədalət Zeynalov - Namik Ağabalayev
12. 72.5 kq: Vasif Əhlimanov - Murad Əhmədov 
13. 75.0 kq: Fərhad Əhmedov - Əli Şərifov 
14. 66.3 kq: Qədir Müslünzadə – Şamil Adibayev 
15. 61.7 kq: Həsən Həsənov - Elmir Cəfərov
Əlavə edək ki, 2017-ci ildən fəaliyyət göstərən ASED FIGHTING CHAMPIONSHIP peşəkarlar arasında indiyədək 14 əsas, 23 seçmə xarakterli 37 turnir təşkil edib. Təşkilat 2025-ci ildə ümumilikdə 4 yarış keirməyi planlaşdırır.
@fighting.az Fevralın 22-də Azərbaycanın MMA üzrə ilk peşəkar liqası olan ASED FIGHTING CHAMPIONSHIP-in təşkilatçılığı ilə ASED15 turniri keçiriləcək. "Sərhədçi" İdman Mərkəzində zərbələrin sayı-hesabı olmayacaq ???? #döyüş #mma #bakı #azərbaycan #kəşfetazərbaycan #kəşfett ♬ Fighting - XloveSF & ZsFlovexl