Azərbaycan yığması Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunmuş yarışda 3 medal qazanıb.
Offsideplus.az xəbər verir ki, komandamızın qazancı 1 gümüş və 2 bürünc medal olub.
74 kq çəki dərəcəsində iki təmsilçimiz fəxri kürsüyə qalxıb. Belə ki, Qadjimurad Omarov yalnız finalda İnalbek Şeriyevə (Rusiya) uduzaraq, gümüş mükafata sahib çıxıb. Bu çəkidə Turan Bayramov isə yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib.
Eyni nəticəni 92 kq çəki dərəcəsində Şamil Zubairov da göstərib.
Ümumilikdə, yığmamızın heyətində 7 güləşçi yer alıb.