UFC-nin orta çəki dərəcəsində çempion olan Drikus du Plessis, yaxınlaşan döyüşündə Xamzat Çimayevə qarşı autsayder hesab edilir.

Offsideplus.az xəbər verir ki, hazırda bukmeker kontorlarına görə Çimayevin qələbəsi ehtimal olaraq daha yüksək qiymətləndirilir. Xamzat Çimayev UFC-də məğlubiyyətsizdir və son döyüşündə Robert Uittekkeri birinci raundda boğma fəndi ilə məğlub edib.

Qeyd edək ki, Drikus du Plessis və Xamzat Çimayev arasındakı titul döyüşü bu il ABŞ-da keçiriləcək.