Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri alıb.

Offsideplus.az xəbər verir ki, qərar koronavirus pandemiyasının törətdiyi fəsadlarla əlaqədar qəbul edilib.

Braziliya FİFA-ya böyük beynəlxalq turniri keçirmək üçün lazım olan maliyyə zəmanətini verə bilməyib. CBF Kolumbiyanın mundiala ev sahibliyi etməsi təklifini dəstəkləyib.