Hollandiyanın Feyenoord klubunun futbolçusu Robin van Persi peşəkar karyerasına nə zaman başa çatdıracağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu bu mövsüm futbolla vidalaşmağı düşündüyünü bildirib.
Van Persi deyib ki, bu mövsüm başa çatan zaman 36 yaşı olacaq: "Mən 5 yaşımdan yalnız futbolla məşğul olmuşam, 18 yaşımdan isə peşəkar səviyyədə oynayıram. Düşünmürəm ki, "Feyenoord”a qayıdışım yalnız ölkə çempionu olacağımız təqdirdə uğurlu sayılacaq. Ümumilikdə, bu qayıdışı uğurlu saymaq olar. Ancaq təəssüf ki, mən artıq xoşbəxt deyiləm. Mən karyeramı başa çatdırmaq, oyundan həzz almaqdan məhrum olmaq istəmirəm . "Feyenoord”da yenidən futboldan həzz almağa başladım. Mən komandada digər oyunçulara kömək etmək, onlarla təcrübəmi bölüşmək istəyirəm”.(sportnet.az)