"Ayaks" heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi “Portu”nun hücumçusu Fransisko Konseysaonu transfer edib. 19 yaşlı oyunçu üçün qarşı tərəfə 5 milyon avro ödənilib.
Qeyd edək ki, Kanseysao “Portu”nun öz yetirməsidir. O, 2020-ci ildən çıxış etdiyi əsas komandada 39 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.