"Ayaks" klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi "Reyncers"in müdafiəçisi Kelvin Bessi transfer edir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, "Ayaks" nigeriyalı oyunçu üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək.