"Feyenoord"un futbolçusu Orkun Kökçü ilə İtaliya klubları maraqlanır.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Latsio" və "Sampdoriya" klubları 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Orkun və menecerinin qısa müddət ərzində klubların təmsilçiləri ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, türkiyəli futbolçu ilə İngiltərənin "Arsenal" və "Lids Yunayted" klubları da yaxından maraqlanırdı.
Xatırladaq ki, Orkun Kökçü Niderland Erediviziyasında mart ayının oyunçusu seçilmişdi. Orkun, Azərbaycanın U-21 millisində çıxış etmiş Ozan Can Kökçünün qardaşıdır. O, bir neçə il öncə böyük qardaşından fərqli olaraq, millimizdə oynamaqdan imtina etmişdi.