Vinsent Kompani 34 yaşında karyerasını bitirməyə qərar verib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin əfsanə oyunçusu Kompani "Anderlext" rəhbərliyinə klubun başına keçmək istədiyini bilidirib.
Klubun bu mövsüm pis gedişatı və Kompani ilə yaşanan mübahisələr əvvəlki baş məşqçi Verkaterenin istefasına yol açdı. Kompani da bundan istifadə edib kluba yeni baş məşqçi olmaq istədiyini və komandasını Qvardiola tərzində bir oyunla bu mövsüm üst pillələrdə yer almasını istədiyini bildirib.
Klub rəhbərliyinin bu gün bəlli məsələ haqqında yekun qərarını verəcəyi gözlənilir.