Fevral ayının əvvəlində Bosniya və Hersoqovinanın "Çelik" klubuna transfer edilən Elvin Yunuszadə ilə bağlı maraqlı xəbər yayılıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun yeni komandasında debüt etməməsinin səbəbi kimi, onun Niderlandın "Ayaks" klubu ilə gizli danışıqlar aparması göstərilir.
Elvin özü bilərəkdən, komandadan ayrılmaq üçün bu addımı atıb.
Qeyd edək ki, futbolçunun Azərbaycanda son klubu "Səbail" olub.