DÇ-2022-nin rəmzi komandası müəyyənləşib. 

Offsideplus.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) saytına istinadən xəbər verir ki, "11-lik"də finalçılar Argentina və Fransa, eləcə də Mərakeş millisindən 3, bürünc mükafatçı Xorvatiya yığmasından 2 oyunçu yer alıb.

Qapıçı: Emiliano Martines (Argentina)

Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Ernandes (Fransa)

Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa)

Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa)