"Tottenhem” klubunun qapıçısı Uqo Lyoris Fransa milli komandasının tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə keçirilən matçda meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən futbolçuya çevrilib.
143-cü dəfə millinin formasını geyinən qapıçı Lilian Türama məxsus rekordu (142) yeniləyib. O, həmçinin dünya çempionatlarında ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub – 18 matç.
Fransa İngiltərəyə 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Komanda bu mərhələdə Mərakeşlə qarşılaşacaq.