DÇ-2022-də 1/4 final çərçivəsində baş tutan İngiltərə - Fransa (1:2) oyunu "xoruzlar"ın qapıçısı Uqo Lyoris üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, sözügedən matçda meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən oyunçu olub.

143-cü dəfə millinin formasını geyinən kapitan Lilian Türama məxsus rekordu (142) yeniləyib.

O, həmçinin ötən gün mundialda 18-ci görüşünə çıxmaqla Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoymağı bacarıb.

Qeyd edək ki, Fransa millisi dekabrın 14-də baş tutacaq yarımfinal matçında Mərakeşlə qarşılaşacaq.