Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Kriştiano Ronaldonun ehtiyatda qaldığı üçün yığmanı tərk etdiyi ilə bağlı iddiaları təkzib edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyaliyalı mütəxəssis 37 yaşlı hücumçunun ehtiyatda qalmaqdan məmnun olmadığını bildirib:

"İsveçrə ilə oyundan ncə Ronaldo ilə danışdım. Start "11-liy"ə salmadığımı, amma matç içində çox önəmli bir futbolçu olduğunu dedim. Təbii ki, bundan məmnun qalmadı və qərarlarımı sorğuladı. Daha sonra isə qəbul etdi, normal söhbət idi.

Ronaldo xoşbəxt deyil? Bəli. Çünki oynamayan hər bir oyunçu bundan məmnun qalmaz. Lakin milli himndən sonra əhvalı dəyişdi. Ehtiyatda ən çox qışqıran, ən çxo həyəcanlanan, qollara ən çox sevinən Ronaldo idi.

Kriştiano əlsa milli komandadan ayrılmaq istədiyi ilə bağlı bir şey deməyib. İsveçrə ilə oyunda olmamasının səbəbi taktiki seçim idi. Bunu artıq danışmışıq. Mətbuatın əksinə, bu durumu olduqca normal qarşıladı".

Qeyd edək ki, daha öncə Portuqaliya Futbol Federasiyası komandanın məşqini tərk etməklə təhdid etməsi ilə bağlı yayılan iddialar barədə bəyanat yaymışdı.