Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə vəsiqə qazanan daha 2 komanda bəlli olacaq.

Offsideplus.az xəbər verir ki, saat 19:00-da Yaponiya millisi Xorvatiya ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/4 finala vəsiqə qazanıb.

Günün digər oyununda isə Braziliya yığması saat 23:00-da Cənubi Koreya kollektivini sınağa çəkib və 4:1 hesablı qələbə ilə adını ən güclü 8 komanda sırasına yazdırıb.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

DÇ-2022

1/8 final mərhələsi

5 dekabr

19:00. Yaponiya - Xorvatiya 1:1 (Penaltilər seriyası - 1:3)

Qol: Maeda, 44 - Perişiç, 56

23:00. Braziliya - Cənubi Koreya 4:1

Qol: Vinisius Junior, 7, Neymar, 13-pen, Rişarlison, 29,  L.Paketa, 36 - Seung-Ho Paik, 76