Qətərdə təşkil olunan DÇ-2022-də pley-off mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu, Fransa milli komandası olub.

"Xoruzlar" qrup mərhələsinin 2-ci turunda Danimarka üzərində qələbə qazanıb - 2:1. Nəticədə Fransa D qrupunda xallarının sayını 6-ya çatdırıb.

Bununla da, onlar qrupdan çıxan ilk komanda olub.