Zədə səbəbindən DÇ-2022-dən kənar qalan Seneqal millisinin hücumçusu Sadio Manenin kiminlə əvəzlənəcəyi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi Aliu Sisse 30 yaşlı oyunçunun əvəzinə "Barselona"dan Mussa Ndiayenin komandaya cəlb olunduğunu açıqlayıb.
Qeyd edək ki, Seneqal yığması A qrupunun 1-ci turunda bu gün Niderland millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.