Forma istehsalçısı “Hummel” Danimarka millisinin DÇ-2022 üçün formalarını görünməz dizayn edib.
Offsideplus.az xəbər verir ki, formalarda döş nişanları və loqotiplər gizlədilib. "Hummel" rəsmi açıqlamasında "Biz minlərlə insanın canını alan turnirdə görünən olmaq istəmirik!", — deyə bildirib.
Məqsəd dünya çempionatına ev sahibliyi edən Qətərdə insan haqqlarının qorunmadığına ismarış göndərməkdir.