DÇ-2022-nin açılış oyununun vaxtı dəyişdirilib.
Offsideplus.az FİFA-nın saytına istinadən xəbər verir ki, turnirin açılış vaxtı da noyabrın 21-dən noyabrın 20-nə keçirilib.
Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvadorla qarşılaşacaq. Daha əvvəl isə bu oyunun noyabrın 21-də oynanılması planlaşdırılmışdı.
"Bu qərar rəqabətin və nəticələrin qiymətləndirilməsindən, əsas maraqlı tərəflər və ev sahibi ölkə ilə məsləhətləşmələrdən və razılıqdan sonra verilib" - deyə FİFA-nın açıqlamasında bildirilib.
Xatırladaq ki, Qətərdə keçiriləcək mundial noyabrın 20-dən dekabrın 18-dək davam edəcək.