“Bu məğlubiyyətdə mən cavabdehlik daşıyıram.
Verdiyim qərarlara görə, mən cavab verməliyəm. Bugünkü məğlubiyyət də mənim qərarlarımın nəticəsidir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-in 2-ci turunda Xorvatiyaya uduzduqları oyunu (0:3) şərh edərkən deyib.
Oyundan sonra keçirilən mətbuat konfransında qapıçı Villi Kabalyeronun buraxılan ilk qoldakı kobud səhvinə münasibət bildirən çalışdırıcı onu günahlandırmadığını qeyd edib:
“Düşünmürəm ki, olanların məsuliyyətini Kabalyero daşıyır. Həmişə istəmişəm ki, futbolçuları yaxşı çıxış etdikləri mövqedə oynadım. Realllıq budur ki, Argentina millisini əvvəlki vaxtlarına qaytara biləcək futbolçular tapmamışıq. Futbolçularımızın hər biri fərdi ustalıq baxımından seçilsə də, komandada anlaşma yaxşı vəziyyətdə deyil”.
Sampaoli komandanın kapitanı Lionel Messinin zəif çıxışına da toxunub:
“Biz həmişə çalışırıq ki, top Messidə olsun. Ancaq rəqiblər çalışırılar ki, top onun ayağına dəyməsin”.