DÇ-2018-in G qrupunda keçirilən Tunis – İngiltərə matçının (1:2) ən yaxşı oyunçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin kapitanı Harri Keyn ən yaxşı oyunçu seçilib.
|
Qeyd edək ki, “Tottenhem”in hücumçusu görüşdə dubl edib. O, komandasının ilk və qələbə qolunu vurub.
|



