“Biz futbolçularımızla fəxr edə bilərik.
Onlar iki ildə çox inkişaf edən, necə oynamaq lazım olduğunu bilən komandaya qarşı çıxış etdilər”.
Offsideplus.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro Portuqaliya ilə oyundan (3:3) sonra keçirilən mətbuat konfransında deyib.
O, oyun zamanı kobud səhvi ilə yadda qalan qapıçı David De Xea ilə bağlı fikirlərini də bildirib:
“Biz komandayıq. Futbolçularımızdan şübhə etmirik. Bir ailəyik. Hansısa oyuna görə futbolçumuzu kənarda qoymayacağıq. Dieqo Kosta əla oyun keçirib, iki qol vurdu. Ancaq heç kimi ailəmizdən ayırmırıq. Komanda uğur qazanırsa, burada 23 futbolçunun hər birinin əməyi var”.
F.Yerro Xulen Lopeteqidən yaxşı komanda təhvil aldığını qeyd edib:
“O, digər əməkdaşlarla çox işləyib. Lopeteqi ilk oyun üçün səliləqi planı var idi. Bizə illik plan lazımdır. Mənim çox az vaxtım var ki, komandaya istədiyimi başa salım. Futbolçulara minnətdaram ki, belə bir vəziyyətdə mənə güzəşt edirlər. Belə oyunçular həyatımı yüngülləşdirir”.