FİFA referisi Cüneyt Çakır DÇ-2018-in ilk turunda Mərakeş – İran matçını idarə etməklə Türkiyə futbolunun tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı hakim ardıcıl iki dünya çempionatında oyun idarə edən ilk türkiyəli olub.
Qeyd edək ki, Çakır 2014-cü ildə Braziliyada keçirilən mundialda 3 oyun idarə etmişdi.