Mundiala sayılı günlər qalmış Fransa millisinin azarkeşləri şok itkiyə üzülüb.
Offsideplus.az xəbər verir ki, komandanın hücumçusu Olivye Jiru sıradan çıxıb.
O, ABŞ-la keçirilən yoldaşlıq görüşündə (1:1) sıradan çıxıb. Matçın 58-ci dəqiqəsində rəqibi ilə toqquşan Jirunun başı qanayıb. Nəticədə həkimlər onun başına 6 tikiş qoyublar. Bu səbəbdən Jiru yerini Usman Dembeleyə verib.Ulduz futbolçunun beyin silkələnməsi keçirdiyi bildirilir.