İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Azərbaycan yığması ilə 3 gün sonra Qətər kollektivi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, bu görüşlər üçün Stiven Kenni düşərgəyə 26 futbolçu dəvət edib. 

Qapıçılar: Qevin Bazunu, Kaomhin Kelleher, Mark Travers. Müdafiəçilər: Mett Doherti, Sayrus Kristi, Şeyn Daffi, Con İqan, Enda Stivens, Rayan Manninq, Ceyms MakKlin, Endrü Omobamidele, Natan Kollins.  Yarımmüdafiəçilər: Coş Kallen, Ceff Hendrik, Konor Herriheyn, Harri Arter, Ceymi MakQret, Ceyson Nayt. Hücumçular: Kallum Robinson, Aaron Konnoli, Ceyms Kollins, Deril Horqan, Adam İda, Troy Parrot, Uill Kin, Çiedozi Oqbene.