Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün növbəti - dördüncü stadionun rəsmi açılışı olub.
Offsideplus.az xəbər verir ki, "Əl-Rayyan" adı verilən stadion 40 min azarkeş tutumuna malikdir. Arenada ölkənin dəyərlərini əks etdirən parıldayan, işıqlı və naxışlı fasad var. Stadion dünya çempionatının 7 oyununa ev sahibliyi edəcək. Qətərdə DÇ-2022 üçün daha əvvəl "Xəlifə", "Əl-Canub" və "Edyukeyşn Siti" arenaları açılıb.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq