2022-ci ildə Qətərdə düzənlənəcək futbol üzrə dünya çempionatında 48 komanda iştirak edə bilər.
Offsideplus.az xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino DÇ-2018-i 48 komandanın iştirakı ilə keçirmək istədiklərini və bunun üçün çalışdıqlarını bəyan edib:
“Dünya çempionatını 48 komandanın iştirakı ilə keçirməyin yaxşı bir şey olduğunu düşünürük. Bunu 2026-cı ildə həyata keçirəcəyik. Amma niyə bunu 4 il öncə etməyi düşünməyək? Yaxşı bir iş görmək üçün heç vaxt gec deyil. Bu üzdən DÇ-2022-də də 48 komandanın iştirakının mümkünlüyünü analiz edirik. Bunu gerçəkləşdirə bilməsək, Qətərdəki mundialda 32 komanda olacaq. Lakin bu mundial da 48 komanda ilə keçirilsə, möhtəşəm olar”.