DÇ-2022-in bir neçə ölkədə keçirilə biləcəyi ilə bağlı məsələ dünya mətbuatında müzakirə olunur.
Offsideplus.az xəbər verir ki, noyabrın sonunda FİFA prezidenti Canni İnfantonu bununla bağlı eyham vurmuşdu. O bildirmişdi ki, 2022-ci ildə DÇ-nin final mərhələsində komandaların sayı 32-dən 48-ə qaldırılarsa, mundialın bir neçə oyunu Qətərlə qonşu ölkələrdə də keçirilə bilər.
DÇ-2022-nin təşkilat komitəsinin baş direktoru Naser al-Hater də məsələyə münasibət bildirib. O, məsələ ilə bağlı qonşu ölkələrin heç biri ilə danışıqlar aparmadıqlarını deyib.
Qətər Yaxın Şərqdə dünya çempionatını qəbul edəcək ilk ölkə olacaq. 2022-ci ildə mundial qışda – noyabrın 21-dən dekabrın 18-nə qədər keçiriləcək.